Bərdədə yanacaqdoldurma məntəqəsinə basqın edilib
11 Aprel 2009 Şənbə 12:31
Hadisəni törədənlərin tapılması üçün əməliyyat-axtarış tədbirləri aparılır

Bu gecə saat 01.20 radələrində Bərdə rayonunda yanacaqdoldurma məntəqəsinə basqın edilib. Bərdə rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, basqın nəticəsində yanacaqdoldurma məntəqəsinin gecə növbəsinin operatoru, Bərdə şəhər Lək kəndinin sakini, 17 yaşlı Alim Əliyev qətlə yetirilib. O, baş nahiyəsindən küt alətlə vurulan zərbədən keçinib. Obyekdən müəyyən miqdarda pul oğurlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib. Oradan bir ədəd yanğınsöndürən balon aşkarlanıb.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədənlərin tapılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar