Bərdədə sosial yardım ala bilməyən 3 uşaq atası özünü yandırıb
27 Aprel 2011 Çərşənbə 16:55
24 yaşlı şəxs çıxış yolunu intihar etməkdə görüb
Aprelin 19-da Bərdə rayonunun Qasımbəyli kəndində intihar hadisəsi baş verib. Maddi imikanı aşağı olan 3 uşaq atası 24 yaşlı Cəmaləddin Yusif oğlu sosial yardım ala bilmədiyinə görə intihar edib. Bu barədə ANS PRESS-ə mərhumun yaxınları məlumat verib. Onların sözlərinə görə, maddi imkanı aşağı olan Cəmallədin bir mülddət əvvəl sosial yardım üçün rayon Sosial Müdafiə Fonduna müraciət edib. Onun mənzilinə baxış keçirən fondun əməkdaşları Cəmaləddinin həyətində istifadəyə yararsız köhnə bir avtombil görürlər. Elə bu səbəbdən də ona yardım ayırmaqdan imtina edilir.
Dəfələrlə yardım almaq üçün Fonda müraciət edən 24 yaşlı 3 uşaq atası çıxış yolunu intihar etməkdə görür. O, aprelin 19-da uşaqları ilə birlikdə Sosial Müdafiə Fondunun qarşısına gəlib və üstünə benzin tökərərək özünü yandırıb. Ağır vəziyyətdə Bakıya yanıq mərkəzinə gətirilən Cəmaləddinin həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada keçinib.
ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə isə Cəmaləddinin intihar etdiyi məkanla bağlı ziddiyyətli məlumatlar var. Belə ki, polis Cəmaləddinin Fondun qarşısında intihar etməsinə imkan verməyib. O, polislər tərəfindən zərərsizləşdirilərək öz evinə gətirilib. Polislər getdikdən sonra isə Cəmaləddin özünü yandırıb.
DOSTLARINLA PAYLAŞ: