Hadisə

Bərdədə quşçusluq sexi yandı

Yanğın nəticəsində sexin tavanı 4 kv. m sahədə yanıb

· Xəbərçi
Bərdədə quşçusluq sexi yandı
Azərbaycanın Bərdə rayonunda rayon mərkəzindən 3 km aralıda yerləşən Mirzəaybəyli kəndində ümumi sahəsi 150 kv.m olan quşçuluq sexinsə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, yanğın nəticəsində sexin tavanı 4 kv. m sahədə yanıb. Yanğın zamanı 70 ədəd cücə tələf olub.

Sexin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 10:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər