Bərbərxanadan yarım kiloqram narkotik tapıldı
07 Mart 2011 Bazar Ertəsi 15:36
Təqsirləndirilən şəxs narkotiki tapdığını bildirib
Azərbaycanın Ağdam rayonunda narkotik alverçisi saxlanılıb. ANS PRERSS-in bölgə müxbirinin məlumatına görə, rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində rayonun Rzalar kənd sakini 35 yaşlı Mahir Məmmədovun işlətdiyi bərbərxanada yarım kiloqrama yaxın narkotik maddə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Ağdam rayon polis şöbəsinin rəis müavini Vüqar Eyyubovun sözlərinə görə, ilkin dindirmə zamanı M.Məmmədov narkotik maddəni tapdığını və özünün istifadə etdiyini deyib.
Fakta bağlı Ağdam rayon polis şöbəsinin istintaq bölməsində AR CM-nin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: