Bələdiyyələr 122 qeyri-qanuni sənəd verib
02 Mart 2009 Bazar Ertəsi 17:25
Bu barədə «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin keçirdiyi "Bələdiyyə sistemi reallıqlar və problemlər" mövzusunda dəyirmi masada bildirilib

 

Ölkədə 10-cu ildir ki, tətbiq olunan yerli özünü idarəetmə oqranı sayca 3-cü seçkilərinə hazırlaşır. «ELS» Müstəqil Araşdırmalar Mərkəzi "Bələdiyyə sistemi reallıqlar və problemlər" mövzusunda dəyirmi masa keçirib. İclasda bildirilib ki, ötən illər ərzində yerli idarəetmə orqanlarının uğurları ilə yanaşı müəyyən problemlərinin olduğu vurğulanıb. Bildirilib ki, fəaliyyət dövründə bələdiyyələrin işləməsi üçün 20-dən artıq qanun qəbul olunsa da, onların əksəriyyəti işləmir. Nəticədə isə əhaliyə xidməti nəzərdə tutan sosialyönümlü layihələrin icrası gecikdirilir. Konfransda qeyd edilib ki, ötən il müddətində bələdiyyələrin 122 qeyri-qanuni sənəd verdiyi aşkarlanıb. Bəzi bələdiyyə sədrləri isə öz adlarına torpaq özəlləşdiriblər.

2005-ci ildə bələdiyyələrin informasiya resurslarının yaradılmasına da başlanılıb. Aradan ötən üç il müddətində cəmi 12 bələdiyyənin internet resursu yaradılıb. Qeyd edək ki, indi Azərbaycanda 2757 bələdiyyə mövcuddur. Mütəxəsisslər bu sayın Azərbaycan üçün kifayət qədər çox oluğunu düşünürlər.

Konfransda həmçinin bələdiyyələrin səlahiyyətləri, vəzifələri və nailiyyətləri ilə bağlı keçirilən monitorinqin nəticələri də açıqlanıb. Sorğuda iştirak edənlərin 21 faizi bələdiyyələrin işini pis, 52 faizi isə orta qiymətləndirib. Respondentlərin böyük əksəriyyəti - 68 faizi problemlərinin həlli ilə bağlı yerli icra hakimiyyəti orqanlarına, 5.2 faizi isə bələdiyyələrə üz tutduqlarını qeyd ediblər. Buna baxmayaraq, sorğu iştirakçılarının 58 faizi problemlərin həlli ilə bağlı bələdiyyələrlə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

İclasda bildirilib bələdiyyələrin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər paketi hazırlanıb./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar