Hadisə

Bəhreyndə qanlı toqquşmalar yenidən başladı

Toqquşmalar zamanı onlarla adam xəsarət alıb

· Xəbərçi
Bəhreyndə qanlı toqquşmalar yenidən başladı
Bəhreyndə şiə nümayişçilərlə polis arasında toqquşmalar yenidən başlayıb. Məlumatı “Al Jazeera” telekanalı yayıb. Telekanalın məlumatına görə, toqquşmalar Bəhreynin qərbindəki Əl-Dayər rayonunda baş verib. Toqquşmalar zamanı onlarla adam xəsarət alıb.

Bəhreyn hakimiyyəti isə müxalifət üçün silah qaçaqmalçılığında təqsirli bilinən 11 həkimin azadlığa buraxılması barədə göstəriş verib.

Şərhlər