Bəhreyndə 7 nümayişçi barəsində ölüm hökmü çıxarıldı
25 Aprel 2011 Bazar Ertəsi 01:52
Onlar iki polis əməkdaşının qətlində təqsirli bilinirlər
Bəhreyndə 7 nümayişçi kütləvi iğtişaşlar zamanı iki polis əməkdaşının qətli ilə əlaqədar ölüm hökümən məhkum edilib. Bu barədə məlumatı hərbi məhkəmənin nümayəndələri veriblər. Onların sözlərinə görə, müxalifət nümayəndələri asayşiş keşikçilərinə qəsdən hücum ediblər və ağır cəzaya layiqdirlər.

Xatırladaq ki, fevralın ortalarından Bəhreyndə hakim rejimə qarşı küitləvi aksiyalar keçirilir. Bəhreyn kralı Həmin bin İsa əl-Xəlifə və ətrafı məzhəbcə sünüdürlər. Ölkə əhalisinin əksəriyyətini isə şiələr təşkil edir. Müxalifət hesab edir ki, şiələr ölkənin idarə olunmasında kənarda qalıblar.

Martın 14-də yerli hakimiyyətin xahişi iəl Səudyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin qoşunları Bəhreynə daxil olub. Bəhreyn kralı ölkədə üç aylıq fövqəladə vəziyyət rejimi elan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar