Hadisə

BDU-nun Kimya fakültəsinin tələbəsi intihar edib

BDU-nun Kimya fakültəsinin tələbəsi intihar edib. İntiharın səbələri araşdırılır.

· Xəbərçi
BDU-nun Kimya fakültəsinin tələbəsi intihar edib
Ötən gün Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Bu barədə ANS PRESS-ə Sabuncu Rayon prokurorunun köməkçisi Əli Eyvazov məlumat verib. Rayonun Balaxanı qəsəbəsi, 2-ci mədən küçəsi 22 ünvanında yaşayan 20 yaşlı Nəriman Tofiq oğlu Məmmədov yaşadığı evin hamamında özünü asıb. N. Məmmədovun valideynləri səhər hamama girərkən oğullarını asılmış vəziyyətdə görüblər.

Hadisənin səbəbi barədə hazırda heç bir məlumat yoxdur. N. Məmmədovun ailəsinin istintaqa verdiyi ifadəyə görə, Nəriman Məmmədov axşam kompüterlə internetə giribmiş.

Qeyd edək ki, N. Məmmədov Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 1-ci kurs tələbəsi olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. ANSPRESS

Şərhlər