BBC müxbirini öldürən NATO əsgəri haqlı çıxdı
09 Sentyabr 2011 Cümə 02:00
Hazırlanan hesabatda NATO əsgərinin müharibə qaydalarına uyğun hərəkət etdiyi bildirilir
Əfqanıstanda öldürülən BBC müxbirinin NATO əsgəri tərəfindən vurulduğu məlum olub. Bu barədə açıqlama verən NATO rəsmiləri bunun BBC-nin yerli müxbiri Əhməd Omed Pulvakın öldürülməsi çərçivəsində aparılan istintaq nəticəsində aşkarlandığını bildirib. Açıqlamada NATO hərbçisinin jurnalistin əynində olan jileti partlayıcı mexanizmli kamikadze geyminə oxşatdığı üçün bu addımı atdığı bildirilir. Hadisə barədə hazırlanan hesabatda isə, bu işdə adı hallanan əsgərin “...silahlı atışma qanunlarına və müharibə qaydalarına riayət etdiyi, məqbul addım atdığı...” ifadələri yazılıb.

Xatırladaq ki, BBC-nin yerli müxbiri Əhməd Omed Pulvak Əfqanıstanın Uruzqan vilayətində iyulun 28-də Taliblərin törətdiyi hücum vaxtı baş vermiş atışmada öldürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar