Hadisə

Bayramda “Mercedes” qəzaya uğradı: ölən var

Hadisə Bakıxanov küçəsində baş verib.

· Xəbərçi
Bayramda “Mercedes” qəzaya uğradı: ölən var
Bu gün saat 09:10 radələrində Bakı şəhəri Yasamal rayonu, Bakıxanov küçəsində “Mercedes” markalı avtomobil qəzaya uğrayıb. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin növbətçi hissəsindən ANS PRESS-ə verilən məlumata görə, maşın zərbə ilə Bakıxanov körpüsünün altında beton dirəyə çırpılıb. Zərbənin gücündən avtomobil tanınmaz hala düşüb. Qəza zamanı ölən və yaralananların olduğu bildirilir.

Növbətçi hissədən hadisənin araşdırıldığı bildirildi.

Qeyd edək ki, hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı metal rəngli maşının sürücüsü və bir sərnişin ölüb.

Şərhlər