Hadisə

Bayramda ev yandı, 8 yaşlı uşaq yaralandı

Hadisə İmişli rayonunda baş verib.

· Xəbərçi
Bayramda ev yandı, 8 yaşlı uşaq yaralandı
Bu səhər saat 06:00 radələrində İmişli rayonunda fərdi evdə yanğın baş verib. Rayon yanğından mühafizə xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın rayonun Hacımuradlı kəndində Namazəli Həsənova məxsus birmərtəbəli evdə baş verib.

Hadisə zamanı 140 kv metrlik ərazi yanaraq külə dönüb. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğın zamanı 8 yaşlı uşaq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Şərhlər