Azərbaycanda bayram günlərində baş verən 68 yol qəzasında 31 nəfər həlak olub, 85 nəfər yaralanıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, qeydə alınan qəzaların əksəriyyəti və ölüm hadisələrinin hamısı respublikanın rayonlarında və iri magistrallarında qeydə alınıb.
K.Əliyevin sözlərinə görə, dekabrın 31-də 18 yol qəzası zamanı 9 nəfər ölüb, 23 nəfər xəsarət alıb. Yanvarın 1-də 9 hadisədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb. Yanvarın 2-də isə 15 yol qəzası baş verib, nəticədə 5 nəfər ölüb, 22 nəfər xəsarət alıb.
Yanvarın 3-də 15 yol qəzasında 3 nəfər ölüb, 19 nəfər yaralanıb, yanvarın 4-də isə 11 yol qəzası zamanı 8 nəfər həlak olub, 10 nəfər xəsarət alıb.
Bayram günlərində ölümlə nəticələnən ağır yol qəzaları Hacıqabul, Oğuz rayonlarında və Bakı-Şamaxı yolunda qeydə alınıb.
Bayram günlərində yol qəzalarında 31 nəfər ölüb, 85 nəfər yaralanıb
Ölüm hadisələrinin hamısı iri magistrallarında qeydə alınıb.




Şərhlər