Ötən gündən başlayaraq Bayıl qəsəbəsində sürüşmə zonasında aktivlik müşahidə olunmağa başlayıb. ANS PRESS-in məlumatına görə, nəticədə Şəhidlər Xiyabanında Əbədi məşəl abidəsindən başlayaraq Neftçilər prospektinə qədər çat zolağı müşahidə olunub. Gecə saatlarında Fövqaladə Hallar Nazirliyi çat zolaqlarını gillə doldurmağa başlayıb.
Teleteatr Bayıl istiqamətində avtomobillərin hərəkəti dayandırılıb. Əraziyə baş nazirin müavini Abid Şərifov, fövqaladə hallar nazirinin müavini Orucəli Hacıyev də baş çəkib. Sürüşmə ərazisində yaradılmış qərargahda mütəxəssislərin iştirakı ilə məsləhətləşmələr aparılır. Baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında sürüşmənin səbəbinin təbii amillərlə bağlı olduğunu bildirib.
Bayılda aktiv sürüşmə müşahidə olunur
Ağid Şərifov: "Sürüşmə təbii amillərlə bağlıdır"




Şərhlər