Bayılda 29 yaşlı şəxs bıçaqlanaraq öldürülüb
20 İyun 2011 Bazar Ertəsi 04:24
Cinayəti törədən şübhəli hadisə yerindən qaçıb.
Ötən gecə Səbail rayonu Bayıl qəsəbəsi Elşən İsmayılov küçəsində dəhşətli qətl hadisəsi baş verib. Hadisə zamanı 29 yaşlı Namazov Arzuman Mehrəli oğlu naməlum şəraitdə qətlə yetirilib. İki bıçaq xəsarəti alan Arzuman hadisə yerinə çağrılmış təcili tibbi yardım həkimlərinin səylərinə baxmayaraq dünyasını dəyişib.
Faktla bağlı əraziyə Səbail rayon polis idarəsi 8-ci polis bölməsi və rayon prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə yeri müayinə edilib, meyit ekspertlər tərəfindən ilkin olaraq xarici müayinədən keçirilib. İlkin müayinə zamanı dünyasını dəyişən Arzuman Namazovun döş qəfəsində dəşilimiş deşilmiş iki bıçaq yarasının olduğu müəyyən edilib.
Qeyd edək ki, hadisə yerində olan mərhumun yaxınları Namazovun qonşusu tərəfindən qətlə yetirildiyini iddia edib. Bu ehtimal üzərində araşdırma aparan hüquq mühafizə orqanları əməkdaşları hadisə yerində Arzumanın həyatına son qoyan şübhəlinin şəxsiyyətinə aydınlıq gətiriblər. Mərhumun hadisədən əvvəl qonşusu Almuradov Ayvaz Yaqub oğlu ilə mübahisə etdiyi məlum olub. Mübahisə zamanı isə Ayvaz Almuradov bıçaqla Arzuman Namazova iki bıçaq xəsarəti yetirib. Hadisəni törədəndən sonra isə şübhəli şəxs cinayətdə istifadə etdiyi bıçaqla birlikdə ərazidən uzaqlaşıb.
Hazırda Səbail rayon polis idarəsi və 8-ci polis bölməsinin əməkdaşları həmin şəxsin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirirlər. Faktla bağlı isə Səbail rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. İstintaqın gedişi zamanı qətl hadisəsinin hansı səbəbdən baş verməsinə aydınlıq gətiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: