Bank-Respublikanın 20 min manatı mənimsənilib
25 İyul 2009 Şənbə 15:00
Külli miqdarda pulu mənimsəyən Şağan qəsəbə sakini olub

 

Saxta arayış təqdim etməklə "Bank-Respublika" ASC-dən külli miqdarda pulun alınması faktlı ilə bağlı cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2008-ci il ərzində bankdan saxta arayışla 20 min manat alan Şağan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Esmira Novruzova olub.

Faktla əlaqədar 2009-cu il aprelin 30-da Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə ərizə ilə müraciət olunub. Aparılan araşdırmalardan sonra faktla bağlı iyulun 22-də Azərbaycan Cinayət Məcəlləsiin 320-ci (saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar