Hadisə

Bank rəhbəri ağır yol qəzasına düşdü, 4 nəfər öldü

Ağır yol qəzası Qax rayonu ərazisində baş verib.

· Xəbərçi
Bank rəhbəri ağır yol qəzasına düşdü, 4 nəfər öldü
Qax rayonu ərazisində ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, iyulun 1-də gecə saatlarında Cəlairli kəndi ərazisində baş verən qəzada 4 nəfər ölüb.

Yol qəzasında “Lexus" və “VAZ-2106” markalı avtomobillər toqquşub. “Lexus” markalı maşın “Dəmirbank”ın Zaqatala rayon filialının rəhbəri 35 yaşlı Aqil Nəsirova məxsus olub. Qəza zamanı Aqil Nəsirov, onun sürücüsü Mustafa Nurullayev və "VAZ-2106"da olan 2 nəfər ölüb.

A.Nəsirov Kürdəmir rayonunda kiçik toy mərasimindən qayıdırmış. ANSPRESS

Şərhlər