Bank işçiləri bir pişiyə görə, evokuasiya olundu
15 Sentyabr 2009 Çərşənbə Axşamı 20:20
Bu qutunu guya kuryer bank əməkdaşlarından birinə hədiyyə kimi gətirib
Ötən gün Ukraynanın “Nadra” bankının Zaporojye vilayətində yerləşən filialının 38 əməkdaşı yalan məlumat səbəbindən binadan evokuasiya olunub.

Belə ki, dünən Şəhər Daxili İşlər İdarəsinə bank binasında şübhəli, gözəl bəzədilmiş bir qutunun olduğu barədə məlumat daxil olub. Zəngdən dərhal sonra idarə əməkdaşları, təcili yardım və yanğınsöndürən maşınlar göstərilən ünvana gəliblər. Bu azmış kimi, filiala gedən yollar da müvəqqəti olaraq bağlanıb.

Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının köməkliyilə bəzəkli qutunun içində partladıcı qurğunun olmadığı bəlli olub. Sən demə qutunun içində mumyalanmış pişik ölüsü olub.

Qeyri rəsmi məlumatlara görə, bu qutunu guya kuryer bank əməkdaşlarından birinə hədiyyə kimi gətirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar