Hadisə

Bank filialı müdirinin işi məhkəməyə göndərildi

"Dəmirbank"ın külli miqdarda vəsaitini mənimsəmiş şəxslər barəsində cinayət işinin istintaqı yekunlaşıb.

· Xəbərçi
Bank filialı müdirinin işi məhkəməyə göndərildi
“Dəmirbank” ASC-nin külli miqdarda vəsaitini mənimsəmiş şəxslər barəsində cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluqdan verilən məlumata görə, korrupsiyaya qarşı mübarizə idarəsində istintaq olunan “Dəmirbank” ASC-nin “Gəncə-2” filialının müdiri vəzifəsində işləmiş Fərid Qurbanov, filialın xəzinədarı Zabil Həsənov və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Malik Hüseynovun Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə ittiham edilmələrinə dair cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.

Həmin şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, külli miqdarda pul vəsaitini talama cinayətlərində təqsirləndirilir. ANSPRESS

Şərhlər