Hadisə

Balıqçılarımız Qazaxıstanda saxlanılıb

Xəzərin Qazaxıstan hissəsində içərisində Azərbaycan vətəndaşları olan 3 gəmi tutulub

· Xəbərçi
Balıqçılarımız Qazaxıstanda saxlanılıb
Xəzərin Qazaxıstan hissəsində içərisində Azərbaycan vətəndaşları olan 3 balıqçı gəmisi saxlanılıb. Balıqçı gəmiləri sahildən təxminən 20 kilometr məsafədə müəyyən edilib. Onların saxlanılması üçün əraziyə 2 sərhədçi kateri göndərilib.

Saxlanılan gəmilərdə ümumilikdə 8 ton nərəkimilərə aid balıq aşkarlanıb. Saxlanan şəxslərdən balıq tutmaq üçün istifadə olunan əşyalar müsadirə olunub. Saxlanan gəmilərdən ikisində ümumilikdə Azərbaycan vətəndaşı olub, üçüncü gəminin ekipajı barədə məlumat verilmir.

Şərhlər