Balıq yetişdirmə gölünün sahibi güllələndi
24 Dekabr 2010 Cümə 12:20
Hadisə gölün suyunun axıdılması zamanı yaranan mübahisə nəticəsində olub
Azərbaycanın Salyan rayonunda odlu silahla qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 13.00 radələrində qeydə alınıb. Rayonun Qazili kənd sakini 34 yaşlı Rövşən Vahub oğlu Mehdiyev həmkəndlisi 50 yaşlı Əli Abdulla oğlu Hüseynovu goşa lülə ov tüfəngi ilə bədəninin bir neçə yerindən vurub. Yaralı aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, adları çəkilən hər iki şəxsin həmin kənddə balıqçılıq gölü olub. Onlardan R.Mehdiyev balıqları satmaq üçün gölün suyunu açaraq boş sahəyə buraxıb. Bu zaman isə A.Hüseynovla onun arasında mübahisə yaranıb. Nəticədə 3 uşaq atası olan Rövşən dörd uşaq atası olan Abdullanı ov tüfəngi qətlə yetirib.

R. Mehdiyev polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. O, ilkin ifadəsində törətdiyi əməldən peşman olduğunu bildirib.

Faktla bağlı AR CM-nin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar