Hadisə

Balaş Azəroğlu vəfat edib

Filologiya elmləri namizədi Abizadə Balaş Azəroğlu 1921-ci ildə Bakı şəhərində anadan olub

· Xəbərçi
Balaş Azəroğlu vəfat edib
Azərbaycan Xalq şairi Balaş Azəroğlu ötən gün günorta saatlarında 90 yaşında dünyasını dəyişib. Şair, ədəbiyyatşünas, filologiya elmləri namizədi Abizadə Balaş Azəroğlu 1921-ci ildə Bakı şəhərində anadan olub. İlk mətbu şeri “Dnepr” 1937-ci ildə Bakıda çapdan çıxıb. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil alır. Milli azadlıq hərəkatına qoşulur və Azərbaycan zidd faşist cəmiyyəti'nin Ərdəbil vilayəti şöbəsinə sədr seçilir .1958-ci ildən Azərbaycan yazıçılar birliyinin üzvü olub.

Allah rəhmət eləsin.

Şərhlər