Balakəndə 25 yaşlı gənc intihar edib
11 Aprel 2009 Şənbə 16:35
Elnur Sarıyev özünü mal tövləsinin damından asıb

Balakən rayonunda intihar hadisəsi baş verib. Balakən rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, rayonun Qazma kənd sakini, 25 yaşlı Elnur Sarıyev özünü həyətlərindəki mal tövləsinin damından asıb. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Balakən rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar