Balakən rayonununda quldurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə yanvarın 11-də, axşam saatlarında baş verib. Maska taxmış 4 naməlum şəxs Balakən rayonunun Mahamalar kənd sakini Pirdas Alqayevanın evinə açıq qalmış qapıdan giriblər. Ev sahibinin əllərini bağlayan dəstə üzvləri oradan 2000 manat pul, 2 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı və 20 ədəd qızıl diş aparıblar.
Faktla əlaqədar cinayət işi başlanılıb. Balakən RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. ANSPRESS
Balakən sakininin dişləri oğurlanıb
Mənzildən qızıl diş, pul və zinət əşyası oğurlayan maskalılar axtarılır.




Şərhlər