Hadisə

Balakən sakinindən 1 kq. marixuana aşkar edilib

Mahir Orucov əvvəllər də məhkum edilib.

· Xəbərçi
Balakən sakinindən 1 kq. marixuana aşkar edilib
Balakən sakini Bakıda tutulub. Bu Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Nizami RPİ Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində mümkün olub.

Saxlanılan Balakən rayon sakini, əvvəllər məhkumluğu olan Mahir Orucovdur. Onun üzərinə baxış zamanı 1 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər