Balakən sakini əmisi oğlunu qətlə yetirib
01 Dekabr 2010 Çərşənbə 10:30
Azərbaycanın Balakən rayonunda qətl hadisəsi baş verib.
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə rayonun Sarıbulaq kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü, Sarıbulaq kənd sakini Xəlilov Orxan Elman oğlu və onun əmisi oğlu 1981-ci il təvəllüdlü Xəlilov Fərrux Fərman oğlu bir yerdə yeyib-içdikdən sonra onların arasında şəxsi münasibət zəminində münaqişə yaranıb. Münaqişə nəticəsində Orxan Xəlilov üzərində gəzdirdiyi bıçaqla Fərrux Xəlilovun döş qəfəsinə bıçaq zərbəsi vurub. Ağır bədən xəsarəti alan Fərrux Xəlilov hadisə yerində dünyasını dəyişib. Orxan Xəlilov hadisə yerindən qaçıb. Balakən rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşlarının səyi nəticəsində o tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlayıb, hadisənin baş vermə səbəbləri araşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar