Balakən sakini elektrik dirəyindən yıxılaraq ölüb
27 İyul 2009 Bazar Ertəsi 14:55
Bakı sakinini isə elektrik cərəyanı vurub

 

Balakən Elektrik Şəbəkəsinin əməkdaşı elektrik dirəyindən düşüb. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə saat 14.25 radələrində Balakən rayonunun Xalatala kəndində baş verib. Şəbəkənin əməkdaşı Cavadxan Saqalov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Daha bir ölüm hadisəsi isə Bakı şəhərində baş verib. Belə ki, ötən gün saat 16.40 radələrində Masallı rayonunun Qəriblər kənd sakini Sərhədəli Seyfullayevin nəvəsini cərəyan vurub. Nəticədə Bakı şəhər sakini Yusif Seyfyllayev ölüb.

Hər iki fakt ilə bağlı araşdırmalar aparılır./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar