Hadisə

Balakən rayonunda yük maşını aşıb

Balakəndə ağır yol qəzası baş verib. Balakən Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün saat 10.30 radələrində rayonun “Beş Bulaq” adlanan ərazisində qeydə alınıb.

· Xəbərçi
Balakən rayonunda yük maşını aşıb


Balakən Aviasiya Mərkəzində keçirilən paraşüt yarışlarına gedən Zaqatala sürücülük məktəbinin dinləyicilərinin olduğu “Ural” markalı yük maşını aşıb. Nəticədə 15 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 5-nin vəziyyəti ağırdır.

Hazırda qəzanın baş vermə səbəbləri və yaralıların adları dəqiqləşdirilir.

Şərhlər