Qax rayonunun Turaclı kəndi ərazisində Qax dəmir yolu stansiyasından Balakən-Bakı reysi ilə hərəkət edən sərnişin qatarının teplovozunun mühərrikində elektrik avadanlığı yanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər teplovozun qalan hissəsini yanğından mühafizə edib.
Yanğın saat 21:00-da söndürülüb. ANSPRESS
Balakən Bakı qatarında yanğın olub
Balakən Bakı qatarında yanğın olub. Teplovozun mühərrikində elektrik avadanlığı yanıb.




Şərhlər