Bakının mərkəzində yaşayış binası yanır.
Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın hadisəsi saat 14.30 radələrində Yasamal rayonu, Cəfər Cabbarlı 19 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında meydana gəlib. Yanğınla bağlı 2-ci dərəcəli çağırış elan olunub. Hadisə yerinə 7 yanğınsöndürən cəlb olunub. Ətrafda yerləşən evlər aşağımərtəbəli və taxta ərazidən ibarət olduğundan, yanğının ətrafa yayılma təhlükəsi var. Hazırda yanğınsöndürənlər tərəfindən alovun söndürülməsinə çalışır. ANSPRESS
Bakının mərkəzində yaşayış binası yanır
Yanğınla bağlı 2-ci dərəcəli çağırış elan olunub




Şərhlər