Bu gün 19:00 radələrində Bakıda Həsən Əliyev küçəsi (Keçmiş İnqilab), 53 ünvanında şəxsiyyəti hələ ki, məlum olmayan bir şəxs özünü partladıb. ANS PRESS-in müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Yaşar Əliyev artıq hadisə yerinə gəlib. Hazırda hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb. Hadisə yerinə heç kim buraxılmır.
İnsident yerində xeyli sayda post-patrul maşını, onlarla polis əməkdaşı var.
Nərimanov rayon Polis İdarəsindən hadisə ilə bağlı məlumat verməkdən imtina edib. ANSPRESS
Bakının mərkəzində bir şəxs özünü partladıb
Bakının mərkəzində bir şəxs özünü partladıb. Hadisə saat 19:00 radələrində baş verib.




Şərhlər