“Bakıelektrikşəbəkə”nin ofisinə basqın olub, oğrular 80 min manat aparıblar
02 Avqust 2010 Bazar Ertəsi 11:10
“Bakıelektrikşəbəkə” ASC-nin Nəsimi rayonundakı ofisinə basqın olub. Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən bildirilib.
Hadisə avqustun 1-dən 2-ə keçən gecə “28 May” küçəsində qeydə alınıb. “Bakıelektrikşəbəkə” ASC-nin həmin ünvanda yerləşən ofisinə daxil olan naməlum şəxslər seyfi qıraraq içərisindən 80 min manat aparıblar.

Hadisə barədə polisə məlumat daxil olan kimi əraziyə Daxili İşlər Nazirliyi və Bakı şəhər Baş Polis İdarəsinin əməliyyatçıları gəlib. Hazırda hadisə yeri müayinə olunur.

Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar