Hadisə

Bakıdakı partlayışda yaralanan Rüstəm Şükürov əməliyyat olunub

Onun bədənindən dəmir parçası çıxarılıb

· Xəbərçi
Bakıdakı partlayışda yaralanan Rüstəm Şükürov əməliyyat olunub
Bu gün səhər saatlarında Nərimanov rayonundakı kolbasa sexində baş vermiş partlayışda yaralanan Bakı şəhər sakini 34 yaşlı Rüstəm Şükürovun vəziyyəti orta-ağırdır. Bu barədə onun müalicə aldığı Kliniki Tibbi Mərkəzdən ANS PRESS-ə bildirilib. Xəstəxanadan verilən məlumata görə, o xəstəxanaya gətirilən kimi dərhal əməliyyat olunub. Onun sol döş qəfəsinə girən dəmir parçası çıxarılıb. Partlayış nəticəsində üzünə və bədəninə nüfuz edən şüşə qırıntıları da təmizlənib.
Hazırda onun müalicəsini xəstəxanada davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində sex rəisidə daxil olmaqla 3 nəfər ölüb.

Şərhlər