Bakıdakı kafelərdən birində bıçaqlanma hadisəsi baş verib
14 İyun 2011 Çərşənbə Axşamı 06:26
Naməlum şəraitdə yaralanan zərərçəkmiş əməliyyat olunub
Bakının Nəsimi rayonu ərazisində Təbriz küçəsi yaxınlığında yerləşən kafelərin birində bıçaqlanma hadisəsi baş verib. Masallı rayon sakini 21 yaşlı Nurullayev Rəşad Etibar oğlu sözügedən kafedə naməlum şəraitdə bıçaqlanaraq tanışları tərəfindən 1 saylı xəstəxanaya çatdırılıb. Yaralı daxil olan kimi əməliyyat otağına qaldırılıb.
Dərhal Rəşad Nurullayevin bıçaqlandığı ünvana Nəsimi rayon polis idarəsi 22-ci polis bölməsinin əməkdaşları tərəfindən ilkin baxış keçirilib. Müəyyən edilib ki, zərərçəkmiş Nurullayev sözügedən kafedə tanımadığı şəxslərlə mübahisə zəminində yaralanıb. Faktla bağlı istintaq araşdırmalarına başlanılıb. Polis hazırda hadisənin törədilməsində bilavasitə iştirak edən şəxslərin axtarışları ilə məşğuldur.
DOSTLARINLA PAYLAŞ: