Hadisə

Bakıdabir gündə iki nəfər intihar edib

Bakıda bir gündə iki intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisələrin hər ikisi ötən gecə qeydə alınıb.

· Xəbərçi
Bakıdabir gündə iki nəfər intihar edib


Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Əhmədzadə küçəsi, ev 4 mənzil 15 yaşayan, 27 yaşlı Ceyhun Məmmədov özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Digər hadisə isə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 49 yaşlı Şakir Kərimov yaşadığı ünvanda özünü asıb.

Hər iki intihar faktı ilə bağlı rayon Prokurorluqlarında cinayət işi başlanıb, istintaq aparılır.

Şərhlər