Hadisə

Bakıda yük maşını yandı

Yanğınsöndürənlər alovun maşının yanadaq çəninə keçməsinin qarşısını alıblar.

· Xəbərçi
Bakıda yük maşını yandı
Bu gecə Ələt-Astara magistral yolunun 8-ci kilometrliyində üzərində qaldırıcı kran quraşdırılan “ZİL” markalı yük maşını yanıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomaşın yararsız vəziyyətə düşüb. Sürücü Arif Qasımovun sözlərinə görə, hərəkətdə olan zaman avtomobilin qəfildən alovandığının şahidi olaub. Yanğın əvvəlcə nəqliyyat vasitəsinin ön hissəsindən başlayıb. “Yanıq qoxusu gəldim. Kapotu açdım, alov qalxdı”, - sürücü bildirib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürmə briqadası cəlb olunub. Görülmüş tədbirlər nəticəsində alovun maşının yanacaq çəninə qədər yayılmasının qarşısı vaxtında alınıb.

Hadisənin baş vermə səbəbləri isə üçün FHN istintaq və təhqiqat qrupunun əməkdaşları tərəfindən araşdırma aparılır. ANSPRESS

Şərhlər