Hadisə

Bakıda yük maşını ilə lokomotiv toqquşdu

"KaMAZ" markalı avtomobilin sürücüsü qorunmayan keçiddə qaydalara əməl etməyib.

· Xəbərçi
Bakıda yük maşını ilə lokomotiv toqquşdu
Bu gün Bakının Qaradağ rayonu ərazisində lokomotivlə yük maşını toqquşub. Buna səbəb “KaMAZ” markalı avtomobilin qorunmayan keçiddə qaydalara əməl etməməsi olub. ANS TV-nin müxbrinin verdiyi məlumata görə, şahidlər məhz yük maşını sürücüsünün qarşıdan gələn lokomotivi gözləmədiyi üçün qəzanın baş verdiyini bildirib.

Xöşbəxtlikdən ölən və yaralanan olmayıb. Amma hadisə ilə əlaqədar 30-40 dəqiqə nəqliyyatın hərəkəti dayandırılmışdı. ANSPRESS

Şərhlər