Bakıda piyadanın ölümü ilə nəticələnən yol-qəza hadisəsi olub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 19-u saat 06.00 radələrində Mehmandarov küçəsində Kürdəmir rayon sakini Taryel Əhmədov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə Culfa şəhər sakini Fəridə Əliyevanı vurub. O, dərhal Su Tikinti xəstəxanasına aparılsa da orada ölüb.
Faktla bağlı polis tərəfindən araşdırma aparılır. ANSPRESS
Bakıda yol qəzasında piyada qadın öldü
Kürdəmir sakini “VAZ-2104” markalı avtomobillə Culfa sakinini vurub.




Şərhlər