Bakıda yerləşən orta məktəbdə şagirdin qanı axıdıldı
31 May 2011 Çərşənbə Axşamı 13:10
16 yaşlı Royal Pənaliyev naməlum şəxs tərəfindən bıçaqlanıb
Bakının Sabunçu rayonunda məktəblinin qanı tökülüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, qanlı hadisə mayın 30-da Bilgəh ərazisində yerləşən 142 saylı orta məktəbdə baş verib. Orta məktəbdə oxuyan 16 yaşlı Royal Pənaliyev naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hadisənin kim tərəfindən törədilməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: