Bakıda yeni tikilməkdə olan bina uçub
28 Aprel 2009 Çərşənbə Axşamı 10:25
Azərbaycan paytaxtında yeni tikilməkdə olan 9 mərtəbəli binanın sonuncu mərtəbəsinin uçması nəticəsində ölənlər və yaralananlar var.
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bilgəh qəsəbəsində baş verib. Məlumata görə, Bilgəh qəsəbəsində yerləşən keçmiş “Araz” sanatoriyasının ərazisində tikilməkdə olan binanın 9-cu mərtəbəsinin yeni salınan beton qatı uçub. Hadisə nəticəsində 4 nəfərin öldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir. Ölənlərin şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb. Ölənlərin və xəsarət alanların orada fəhlə işlədiyi bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və rayon Prokurorluğunun nümayəndələri gəlib. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar