Bakıda YDM-ə basqın etməyə hazırlaşan dəstə yaxalanıb
03 May 2011 Çərşənbə Axşamı 23:17
5 nəfərdən ibarət qrupun hədəfi Binəqədi şossesində yerləşən yanacaqdoldurma məntəqəsi olub.
Bakıda yanacaqdoldurma məntəqəsinə basqın etməyə hazırlaşan 5 nəfərdən ibarət dəstə zərərsizləşdirilib. Onlar Hacıqabul rayon sakinləri Vüqar və Kamal Əliyev qardaşları, paytaxt sakini Qulu Baxşıyev, Gəncə şəhər sakinləri Mehdi Fətullayev və Emin Rəhimovdur.
Dəstə üzvləri 30 aprel 2011-ci il tarixində səhər saat 6 radələrində Binəqədi şossesində yerləşən yanacaqdoldurma məntəqəsinə quldurluğa hazırlıqda şübhəli bilinirək Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onlardan cinayətdə istifadə oluna biləcək 1 ədəd alışqan tapança və digər əşyalar aşkar edilərək götürülüb. Faktla bağlı Binaqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: