Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 28 yaşlı Azər Salahov Şərifzadə küçəsindəki yataqxanadan qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
O, dərhal əməliyyat otağına alınaraq həkim nəzarətinə götürülüb. Hadisənin Azər Salahovun otaq yoldaşı, 25 yaşlı Hikmət Şirinov tərəfindən törədilməsi müəyyən edilib. Polisin keçirdiyi əməliyyat nəticəsində Hikmət Şirinov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
Bakıda yataqxanada bıçaqlanma hadisəsi olub
Hadisə Yasamal rayonunda qeydə alınıb.




Şərhlər