Bakıda yaşayış binasında uçqun olub
19 İyul 2011 Çərşənbə Axşamı 20:59
Dağıntılar altından bir nəfərin meyiti çıxarılıb.
Bakıda yaşayış binasında uçqun olub. Bu barədə APA-ya Səbail Rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün saat 19.00 radələrində, Bayıl qəsəbəsi, Aqil Quliyev küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. Binanın təmir işləri aparılan blokunda uçqun baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər. Dağıntılar altından bir nəfərin meyiti çıxarılıb. Onun həmin binada fəhlə işləyən Ceyhun Rüstəmov olduğu müəyyənləşib. Dağıntılar altında başqa kiminsə qalıb-qalmadığı məlum deyil. Hazırda ərazidə axtarışlar davam etdirilir.
Polis İdarəsindən, həmçinin bildirilib ki, hadisə baş verən bina qəzalı vəziyyətdə olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: