Bakıda yalançı toy çalınıb
16 Aprel 2011 Şənbə 11:02
Bəy və gəlin şadlıq evindən bir baş polis bölməsinə aparılıb
Bakıda bəylə gəlin şadlıq evindən birbaşa polis bölməsinə aparılıb. ANS TV-nin məlumatına görə, buna səbəb bəyin əvvəlcədən gəlinlə ona adaxlı olacağına dair sözləşməsi olub. Yəni yalançı toy düzənlənib.

Belə ki, Sabunçu rayonunda yerləşən şadlıq sarayında baş tutan Maştağa qəsəbə sakini Vüsalə Novruzova ilə Gədəbəy rayon sakini Bəhruz Alməmmədovun toy mərasimi ilk baxışdan digər toylardan seçilməyib. Avtomobilindən düşən cütlük şadlıq sarayına balaca mələklərin müşayiəti ilə daxil olub, qonaqların ətrafında şampan içib, lirik mahnı sədaları altında rəqs ediblər. Şən keçən toy mərasimində 100 nəfərlik yer sifariş verildiyi halda qonaqların 20 nəfər belə olmamasını görən inzibatçı şübhələnib. O, Sabunçu rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. İşin üstü toyun sonuna yaxın, inzibatçı bəylə gəlinə yaxınlaşıb 100 nəfərlik sifarişin pulunu istəyəndə açılıb.

Məlum olub ki, Vüsalə Novruzova iki uşaq anasıdır, bəy rolunu oynayan Bəhruz Alməmmədov da ailəlidir. Əslində isə gəlin başqası ilə evlənməli imiş. Ancaq birinci oğlan ən son anda evlənməkdən imtina etdiyindən Vüsalə xanım belə bir iş qurub.

İş isə mülki xarakterli olduğundan onlar barəsində hər hansı cinayət işi başlanılmayıb...


DOSTLARINLA PAYLAŞ:

oyunlar