Hadisə

Bakıda xarici vətəndaşın mənzili qarət olundu

Hadisədə şübhəli bilinən keçmiş məhkum tutuldu.

· Xəbərçi
Bakıda xarici vətəndaşın mənzili qarət olundu
Bakıda mənzili qarət edən şəxs tutuldu. Bakı şəhər baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 7-də İnşaatçılar prospektində yaşayan Liviya vətəndaşı Bu-Helqa Xalibin evindən qapını sındırma yolu ilə sənədlər, 70 manat, 200 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb.

Yasamal rayon Polis İdarəsi Cinayət Aaxtarış Şöbəsinin və 27-ci poli bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Riyad Rəhmətov yanvarın 18-də saxlanılıb.

İstintaq davam edir. ANSPRESS

Şərhlər