Hadisə

Bakıda xarici vətəndaş dəm qazından zəhərlənib

Bakıda xarici vətəndaş dəm qazından zəhərlənib. Araşdırma aparılır.

· Xəbərçi
Bakıda xarici vətəndaş dəm qazından zəhərlənib
Bakıda Türkiyə vətəndaşı dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə aprelin 19-u saat 21.30 radələrində, Nərimanov rayonu ərazisində baş verib. Orada kirayədə yaşayan Türkiyə vətəndaşı Həmid Baldəmir oğlu yaşadığı mənzildən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilərək ona ilkin tibbi yardım göstərilib. Türkiyə vətəndaşı daha sonra evə buraxılıb.

Faktla bağlı araşdırmalar aparılır. ANSPRESS

Şərhlər