Bu gün saat 18:30 radələrində paytaxtın Əzizbəyov rayonu ərazisində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Əzizbəyov rayon Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Zuqulba qəsəbəsinin Dənizkənarı küçəsində Ələkbərov Etibar Əziz oğluna məxsus “Volkswagen” markalı avtomobil yanıb.
Hadisənin maşının mühərrik hissəsində baş verən qısa qapanma nəticəsində baş verdiyi ehtimal olunur. İnsident baş verən zaman maşında olan iki nəfərdən heç biri xəsarət almayıb. ANSPRESS
Bakıda “Volkswagen” markalı maşın yanaraq külə dönüb
Hadisə nəticəsində xəsarət alan olmayıb.




Şərhlər