Bakı şəhəri Xətai rayonu Əhmədli metrostansiyası yaxınlığında, Qaçaq Nəbi küçəsi 12 ünvanında hündürmərtəbəli binanın VII mərtəbəsindən bir nəfər yıxılıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun ANS PRESS-ə verdiyi məlumata görə, orta yaşlı bir nəfər antennanı təmir etmək istəyərkən yıxılıb. Yıxılan şəxs hadisə yerində ölüb.
Qeyd edək ki, hələlik yıxılan şəxsin kimliyi məlum deyil.
Bakıda VII mərtəbədən yıxılan antenna ustası ölüb
Hadisə Əhmədli metrosstansiyası yaxınlığında baş verib




Şərhlər