Sürücü idarəetməni itirərək avtomobili bir anda dəmir maneəyə çırpıb və daha sonra yolun digər istiqamətinə aşıb. Xoşbəxtlikdən sürücü Kamil Nəcəfov hadisə nəticəsində sağ qalıb. Hadisə yerinə gələn yol patrul xidmətinin əməkdaşları və sürücünün çağırdığı qohumunun köməkliyi ilə avtomaşın çevrilib.
Yol patrul xidmətinin əməkdaşının verdiyi məlumata görə, hadisəyə səbəb sürücünün qar yağması səbəbindən yolu görə bilməməsi və yolun sürüşkənliyi səbəb olub. Ekspertizadan sonra avtomobilin dəqiq səbəbi məlum olacaq.








Şərhlər