Bu gün Bakı şəhərində uşaq bağçası yanıb. Dövlət Yanğından Mühafizə xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 13:00 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində 274 saylı bağça yanıb. Sadə çağırışdan hadisə yerinə 2 yanğınsöndürən maşın yollanıb. Yanğın söndürülüb.
Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, ilkin ehtimala görə, yanğının başvermə səbəbi elekrik naqillərində yaranan qısaqapanma olub.
Bakıda uşaq bağçası yandı
Bakıda uşaq bağçası yandı. Yanğının başvermə səbəbi elekrik naqillərində yaranan qısaqapanma olub.




Şərhlər