Bakıda üç maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ANS TV-nin hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə saat 12.40 radələrində Xətai rayonu İnqilab İsmayılov küçəsi ilə S.Mehmandarov küçəsinin kəsişməsində baş verib.
"Opel", "Mercedes E-class" və Nəqliyyat Nazirliyinə məxsus "Nexia" markalı maşınların toqquşub. Nəticədə sürücünün idarəetməsindən çıxan "Mercesed" yoldan çıxaraq dərinliyi 6-7 metr olan dərəyə aşıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb. Qəza zamanı yol kəsişməsində böyük tıxac yaranıb.
Hadisənin hansı sürücünün səhvi ucbatından baş verdiyi araşdırılır. ANSPRESS
Bakıda üç maşın toqquşdu, biri dərəyə aşdı
Maşınladran biri Nəqliyyat Nazirliyinə məxsusdur.




Şərhlər